Məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü – AĞLASIĞMAZ OLAY – Özəl

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində məktəbli qız tanışı ilə əlbir olub anasının qətlini sifariş edib.

Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı lenta.ru saytı yayıb. Belə ki, 14 yaşlı təqsirləndirilən şəxslə anası arasında münaqişə yaranıb: ailəsində problem yaşayan 15 yaşlı oğlan dostu qızın yanına gəlib və onlarla yaşamaq istəyib.

Bir müddət sonra qadın həmin “qonağı” göndərmək istəyib və buna görə də qızı ilə mübahisə edib. Qız dostundan anasını öldürə biləcək şəxsləri tapmasını istəyib. Dostu ona təklif edib ki, iki tanışı (16-17 yaşlı) 350 min rubla onun anasını öldürə bilər. Onlar razılaşdıqdan sonra, martın 24-də qız dostu ilə birlikdə cinayəti törədənləri mənzilə buraxıb. Onlar qurbana hücum edərək onu boğublar. Girişdəki müşahidə kamerası yeniyetmələrin gecə vaxtı meyiti küçəyə çıxararaq zibil qutusuna necə atdığını lentə alıb. Mələfəyə bükülmüş meyit səhər saatlarında bir xadimə tərəfindən tapılıb.

Faktla bağlı cinayət işi başladılıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]