Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası seçkilərdə qələbə qazanacağı halda müharibələrə qatılmamaq, ailə institutunun qorunması və Suriyadan olan miqrasiya axınının qarşısını almaq kimi üç ana xətt üzrə hərəkət edəcək.
Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A-Haber” kanalına müsahibəsində bildirib. Ərdoğan, həmçinin əlavə edib ki, son iki il ərzində Qərb ölkələri Türkiyəni Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyirdi, lakin hakim Ədalət və İnkişaf Partiyası bunun qarşısını alıb.
Türkiyə Prezidenti həmçinin aprelin 27-də rusiyalı həmkarı Vladimir Putinin Türkiyəyə səfər edə biləcəyini də açıqlayıb. Bildirilib ki, dövlət başçıları “Akkuyu” AES-in nüvə yanacağı yüklənməsi mərasimində iştirak edə bilərlər.
Murad Həsənov / aktualtv.az










