Macarıstan prezidenti Katalin Novak bildirib ki, Türkiyə ölkəsinin enerji təhlükəsizliyi məsələsində strateji əhəmiyyətə sahibdir. Novak vurğulayıb ki, “Türk axını” boru kəmərinə ehtiyacımız var.
Aktualtv.az Anadolu agentliyinə istinadən xəbər verir ki, o, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuat konfransında deyib. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində Türkiyə ilə həmrəy olan Macarıstan artıq Helsinki üçün müsbət qərar verib. Macar prezidenti İsveçlə bağlı isə danışıqların aparıldığını vurğulayıb.
Novak Macarıstanın daima Türkiyənin yanında olduğunu bildirib, zəlzələnin təsirlərini aradan qaldırmaq üçün göndərilən xilasetmə qrupunun uğurlu fəaliyyətini də təqdir edib. Ukrayna-Rusiya müharibəsinin yekunlaşmasında Türkiyənin cəhdlərini yüksək qiymətləndirən Novak vurğulayıb ki, tezliklə atəşkəs olmalıdır.
Murad Həsənov / aktualtv.az










