Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenin sədrliyi ilə keçirilən Demokratiya Naminə İkinci Sammitin plenar iclasında iştirak edib.
Aktualtv.az xəbər verir ki, Sammitə videokonfrans vasitəsilə qatılan Zelenski Ukrayna ordusunun Rusiya ilə müharibədə müttəfiqlərinin qeyd-şərtsiz dəstəyinə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar Moskvanın təcavüzkarlığından daha yavaşdır.
“Döyüşçülərimiz Baxmut yaxınlığındakı hücumları dəf edəndə, düşmənin hərəkətlərinə cavab olaraq artilleriya atəşi açana qədər həftələrlə gözləyə bilmirlər. Təhlükənin qarşısı dərhal alınmalıdır. Bütün qərarlarımız eyni dərəcədə sürətli olmalıdır. Səngərlərdə Ukrayna əsgərlərinə verilən dəstək bizə qarşı hərəkət edən terrorçuların silahlandırılmasından daha zəifdir. Sizin demokratiyalarınızı müdafiə etmək istəyiniz demokratiyaya qarşı dünya müharibəsi istəyənlərin niyyətindən daha az qətiyyətlidir” – deyə Zelenski əlavə edib.
Büllur Məmmədova / aktualtv.az










