“Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır”.
Aktualtv.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbəri İmanqali Tasmaqambetov deyib. O bildirib ki, Cənubi Qafqazda sabitlik pozulub:
“Ermənistan və Azərbaycan arasında illərlə davam edən ziddiyyətlər səbəbindən Qafqaz regionunda gərginlik qalmaqdadır”.
Təşkilatın nümayəndəsi Yuri Şuvalov isə qeyd edib ki, KTMT Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır. KTMT rəsmisi əlavə edib ki, qurum digər yardım tədbirləri də göstərə bilər və bu sahədə problem yoxdur. Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan KTMT-ni tənqid etmiş, bu qurumun ölkəsindən çıxdığını söyləmişdi.
Murad Həsənov / aktualtv.az










