Məqsədim İsveçin alyansa üzvlüyünü Türkiyədə keçiriləcək seçkidən sonra və iyulun 11-də keçiriləcək sammitdən əvvəl ratifikasiya etməkdir.
Aktualtv.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, İsveç Türkiyədə keçiriləcək seçkidən sonra NATO-ya üzv olmaq üçün hələ də “yaşıl işıq” yandıra bilər. Stoltenberq Vilnüsdəki sammitə qədər İsveçin ratifikasiyasına nail olmaq istədiyini qeyd edib. Stoltenberq son nəticədə qərarın Ankaranın üzərinə düşdüyünü vurğulayıb.
Qeyd edək ki, Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Səsvermənin nəticələrinə əsasən, Finlandiya alyansa tam şəkildə daxil olmaq üçün qanuni əsaslar əldə edib.
Etibar Məmmədov / aktualtv.az










