“Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır”.
Aktualtv.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oliksiy Reznikov Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin nümayəndə heyəti ilə görüşdə bildirib. “Qərb silahlarının tədarükü sayəsində Ukrayna Silahlı Qüvvələri döyüş meydanında uğurla çıxış edir. Bununla belə, biz əks-hücum əməliyyatına hazırlaşırıq”-deyən Reznikov bu səbəbdən Ukraynaya ilk növbədə ağır texnikanın lazım olduğunu dilə gətirib.
Nazir, həmçinin Ukraynanın NATO və Avropa İttifaqına üzv olacağına inamını ifadə edib. Bunun beynəlxalq təhlükəsizlik üçün lazım olduğuna diqqət çəkib. Rusiyanı bu gün NATO üçün əsas təhlükə adlandırıb.
Görüş zamanı Aİ nümayəndə heyəti Ukraynaya dəstəyini ifadə edib.
Murad Həsənov / aktualtv.az










