Haaqada 31 Mart soyqırımının qurbanları anılıb

Niderland Krallığının Haaqa şəhərində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Niderlandda yaşayan Azərbaycan və türk icmalarının üzvləri, diaspor fəalları iştirak ediblər.  

Öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan dərnək sədri İlhan Aşkın 105 il öncə Bakıda və ölkəmizin müxtəlif bölgələrində dinc azərbaycanlılara qarşı qəddarcasına törədilmiş qanlı kütləvi qırğın barədə ətraflı məlumat verib. Qeyd edib ki, bəşəri dəyərlərə zidd bu ağır cinayətlər etnik erməni Stepan Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin mandatı altında erməni və bolşevik silahlı dəstələri tərəfindən törədilib. Dərnək sədri qanlı hadisələrlə bağlı yaşlı nəsildən eşitdiyi qorxunc xatirələri də bölüşüb.

Tədbirdə çıxış edən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Frəngiz Bağırova və başqaları erməni-bolşevik faşistlərinin törətdikləri mart soyqırımını hiddətlə pisləyiblər.

Sonra soyqırıma həsr olunmuş sənədli film nümayiş etdirilib və soyqırımı qurbanlarının ruhlarına dualar oxunub.

FOTO QALEREYA

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]