“Dəfələrlə beynəlxalq arenada səs-küyə səbəb olub” – Avstriyada Qurban Qurbanov barədə yazdılar

Eyni komandanı ən uzun müddət çalışdıran məşqçilərin siyahısı açıqlanıb.

Avstriyanın “Laola1” portalının tərtib etdiyi 25 nəfərlik siyahıda (yalnız əsas liqadan 3-cü liqaya qədər olan çempionatlarda və hazırda işə davam edən mütəxəssislər – red.) “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun adı da yer alıb. 50 yaşlı mütəxəssis beşinci pillədədir.

“Sadəcə, toxunulmaz olan əfsanələr var. Məsələn, “Qarabağ”da Qurban Qurbanov. O, 1992-ci ilin sentyabrında Azərbaycan millisinin ilk beynəlxalq oyununda meydanda olub. 2006-cı ilə qədər yığma komandada çıxış edib və indi də qol sayına görə millidə əlçatmazdır. 2008-ci ildən baş məşqçisi olduğu “Qarabağ”la dəfələrlə beynəlxalq arenada səs-küyə səbəb olub. Onun komandası hətta Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrına kimi Qurbanov həm də Azərbaycan yığmasına rəhbərlik edib”, – deyə mütəxəssis barədə qeyd olunub.

Siyahının ilk pilləsində 1982-ci ildən İtaliyanın “Virtus Verona” klubunun baş məşqçisi və sahibi Luici Freskodur. İlk “3-lük”də Stiven Bakster (“Krusayder”, Şimali İrlandiya, 2005-ci ildən) və Suet-Fai Li (“Uinq Yi”, Honkonq, 2006-cı ildən) də yer alıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]