İlham Əliyev “Togg” avtomobilini təslim alır – TARİX AÇIQLANDI

Türkiyənin yerli və milli avtomobili olan “Togg” sabah Azərbaycan prezidenti İlham Əliyev üçün Azərbaycana gətiriləcək.

Aktualtv.az  xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra Türkiyənin yerli və milli avtomobili “Togg”u alan ikinci şəxs Azərbaycan prezidenti İlham Əliyev olacaq.

Azərbaycan prezidenti avtomobili sabah paytaxt Bakıda keçiriləcək mərasimlə təslim alacaq.

Mərasim Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varankın avtomobilin açarını İlham Əliyevə təqdim etməsi ilə başlayacaq, “Togg” şirkətinin baş direktoru Mehmet Gürcan Karakaşın Azərbaycan liderini “Togg”un texniki xüsusiyyətləri haqqında məlumatlandırması və İlham Əliyevin avtomobili idarə etməsi ilə başa çatacaq.

Qeyd edək ki, fevral ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini açıqlamışdı.

Ərdoğan bildirmişdi ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib: “Dərhal növbəyə İlham bəy keçdi. Əliyev ikincini mənə verin dedi”.

Musavat.com

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]