İngiliscə sözlərin istifadəsinə qadağa – SƏBƏB – Özəl

İtaliyada sağçı koalisiya hökumətinin əsas tərəfdaşı olan ifrat sağçı İtaliya Qardaşları Partiyası (FDL) dövlət idarəçiliyində İtaliya dilində əcnəbi sözlərin istifadəsinə görə cəzalandıran qanun layihəsi hazırlayıb.

Aktualtv.az xəbər verir ki, Baş nazir Giorgia Meloninin FDL partiyasından olan millət vəkili Fabio Rampelli dövlət idarəçiliyində İtaliya dilinin düzgün istifadəsinə zəmanət vermək, ana dilini saxlamaq və məhv olmaqdan qorumaq məqsədi ilə parlamentin aşağı palatası olan Nümayəndələr Palatasına qanun layihəsini təqdim edib. Bildirilib ki, qanun layihəsi bütün xarici dilləri əhatə etsə də, xüsusilə İtaliya dilinin dəyərini aşağı salan ingilis sözlərindən istifadəyə qarşı yönəlib.

Parlamentdə müzakirəyə çıxarılacaq qanun layihəsi dövlət sektorunda çalışan və ya çalışacaq şəxslərin İtaliya dilini şifahi və yazılı səviyyədə düzgün bilməsini tələb edir. Eyni zamanda, vəzifə adları da daxil olmaqla, rəsmi yazışmalarda və ölkədə fəaliyyət göstərən özəl şirkətlərin abreviaturalarında ingilis sözlərindən istifadənin qadağan edilməsi nəzərdə tutulur.

Layihə təsdiqlənib qanuna çevrilərsə, bu qaydaları pozanlar 5000 avrodan 100.000 avroya qədər cərimə olunacaq.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]