Sankt-Peterburqda kafedə partlayış baş verib. Bildirilir ki, tanınmış rusiyalı hərbi bloger Vladlen Tatarski həlak olub.
Aktualtv.az BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyi təsdiqləyib. Kafedə bombanın partlaması nəticəsində azı 25 nəfər yaralanıb. Partlayışa kimin cavabdeh olduğu bəlli deyil. Vladlen Tatarski Rusiyanın Ukraynadakı müharibəsinin fəal tərəfdarı idi. Bomba işə düşən zaman o, kafenin təşkil etdiyi tədbirdə qonaq olub. Rusiya mətbuatında partlayıcı qurğu ilə bağlı ziddiyyətli məlumatlar yayılır.
Rusiya dövlət mediasının Daxili İşlər Nazirliyi mənbələrinə istinadən verdiyi məlumata görə, Tatarskiyə qutuda, içərisində bomba gizlədilmiş heykəl hədiyyə edilib.
Büllur Məmmədova / aktualtv.az










