Keçmiş nazir yeni prezident olacaq – Özəl

Monteneqroda prezident seçkiləri keçirilib.

Aktualtv.az “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, ölkənin keçmiş iqtisadi inkişaf naziri Yakov Milatoviç ilkin nəticələrə görə, prezident seçkisinin ikinci turunda 58,9% səs toplayaraq qalib gəlib. O, 41,1% səs toplayan uzun müddətdir vəzifədə olan hazırkı prezident Milo Cukanoviçi üstələyib. Milatovic həyat standartlarını yüksəltməyə, Avropa İttifaqı ilə münasibətləri gücləndirməyə və Serbiya ilə əlaqələri yaxşılaşdırmağa söz verən yeni yaradılmış “Europe Now” qrupundandır. Onun tərəfdarları qələbəni qeyd etmək üçün paytaxt Podqoritsa küçələrinə toplaşıblar.

Qeyd edək ki, martın 19-da keçirilən səsvermənin ilk turunda namizədlərdən heç biri səs çoxluğu qazana bilmədikdən sonra ikinci tur səsvermə təyin edilib. Seçki komissiyasının məlumatına görə, səsvermə hüququna malik 542 min vətəndaşdan 375 min 853-ü səsvermədə iştirak edib və seçici fəallığı birinci turda 62,7 faizdən 69,33 faizə yüksəlib. Balkan ölkəsində parlament seçkiləri iyunun 11-də keçiriləcək.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]