“Lavrovla danışılacaq çox mövzu var” – Mövlud Çavuşoğlu – Özəl

“Rusiyalı həmkarım Sergey Lavrovla danışılacaq çox mövzu var”.

Aktualtv.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, tərəflər ikitərəfli əlaqələrlə yanaşı, həm də “Taxıl razılaşma”sının müddətinin uzadılması barədə danışacaqlar: “Rusiya sazişinin 60 gün uzadılmasına razılıq verib. 120 gün isə hələ ki, konkret deyil, bu barədə də fikir mübadiləsi aparacağıq”.

Çavuşoğlu, həmçinin söyləyib ki, tərəflər Suriya, Liviya və digər regionlardakı durum barədə də danışacaqlar.

Qeyd edək ki, Sergey Lavrov aprelin 6-sı və 7-də Türkiyədə səfərdə olacaq. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, diplomatlar Cənubi Qafqazdakı durumu da müzakirə edəcəklər.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]