Məbəddə quyuya düşdülər və… – Özəl

Hindistanın Madhya Pradeş əyalətinin İndor şəhərində məbəddə damı çökən quyuya düşərək ölənlərin sayı 36 oldu.

Aktualtv.az xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına görə, səlahiyyətlilər Ram Navami festivalı zamanı Beleşvar Mahadev Culelala (Beleshwar Mahadev Jhulelal) məbədində damı çökən köhnə böyük quyuya onlarla insan düşüb. Quyunun dar və palçıqlı girişi səbəbindən çətinliklə həyata keçirilən xilasetmə işləri zamanı daha bir cəsəd tapılıb. Bununla quyuya düşərək həyatını itirənlərin sayının 36-ya yüksəlib ki, onlardan 4-ü uşaq, 20-si qadındır.

Rəsmilərin bildirdiyinə görə, quyuya düşənlərdən 16 nəfər xilas edilib.

Madhya Pradeş əyalətinin baş naziri Şivraj Sinqh Çuhan (Shivraj Singh Chouhan) yaralıların İndore əyalətindəki xəstəxanalarda müalicə olunduğunu söyləyib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]