Makron Çinə dəvət olunub – Özəl

Çin Xarici işlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makron 5-7 apreldə Çinə dövlət səfəri edəcəyini təsdiqləyib. Səfərin Çin Sədri Si Cinpinin dəvəti ilə olacağı bildirib.

Aktualtv.az xəbər verir ki, Qərb mediasının məlumatına görə, Emmanuel Makron Si Cinpin ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək və Pekini Rusiyaya hərbi dəstək göstərməkdən çəkindirməyə çalışacaq. Fransanın dövlət başçısı, həmçinin koronavirus pandemiyası səbəbindən şəxsi təmasların kəsilməsindən sonra münasibətlərin bərpasına can atır.

Makron sonuncu dəfə Si Cinpinlə İndoneziyada keçirilən “İyirmilər qrupu” sammiti zamanı görüşüb, Pekinə isə 2018-ci ilin yanvarında səfər edib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]