“O, ölkəsinin və xalqının taleyilə qumar oynayır” – Özəl

  Şimali Koreya başçısı Kim Çen İnin bacısı Kim Yo İn Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsinin taleyi ilə qumar oynadığını deyib.

 Aktualtv.az xəbər verir ki, “Yonhap”ın xəbərinə görə, Kim Yo İn Ukrayna Prezident Aparatının saytında Ukraynada ABŞ-ın nüvə silahlarının yerləşdirilməsi və ya ölkənin öz nüvə silahını hazırlamasına dair vətəndaşların imzasına təqdim edilən petisiya ilə bağlı Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-ya açıqlamasında deyib:

“Volodimir Zelenski nüvə silahı hazırlamaq və ya ABŞ-ın nüvə silahlarını yerləşdirməkdən danışmaqla, nəyin bahasına olursa-olsun son günlərini ölkəsinin və xalqının taleyilə qumar oynamaqla keçirmək kimi təhlükəli siyasi arzusunu açıq şəkildə nümayiş etdirir. Ukrayna hakimiyyəti Rusiyanı məğlub edə biləcək sağalmaz “böyüklük xəstəliyi”nə tutulub. Əgər onlar hesablayırlar ki, Rusiyanın qüdrətli alovundan yalnız ABŞ-ın artıq deşilmiş nüvə çətiri altına girməklə xilas ola bilərlər, yanlış yolla gedirlər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]