“Rusiya sülhməramlıları bu vaxta qədər Qarabağı tərk etməyəcək” – AÇIQLAMA – Özəl

“Rusiya sülhməramlıları 2025-ci ilin sonuna kimi Qarabağı tərk etməyəcək”.

Aktualtv.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı qiymətləndirməsində qeyd edilib. Reytinq agentliyi bildirib ki, son bir ildə Ermənistanla Azərbaycan arasında gərginlik artıb. “Fitch Ratings”in proqnozuna görə, Rusiya ən azı 2025-ci ilin sonuna kimi, yəni öhdəlik götürdüyü müddətin sonuna qədər Qarabağda öz sülhməramlı qüvvələrini saxlayacaq.

Tərəflər arasında sülh razılaşması əldə olunacaq. Bu isə ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına dair razılaşmaya gətirib çıxaracaq. Bununla belə, arabir kiçik toqquşma riskləri qalacaq.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]