Finlandiyada parlament seçkisində səslərin hesablanması prosesi aprelin 3-də Milli Koalisiya Partiyasının qələbəsi ilə başa çatıb.
Aktualtv.az xəbər verir ki, bu barədə Finlandiyanın Ədliyyə Nazirliyi bülletenlərin 100%-i hesablandıqdan sonra məlumat verib. Petteri Orponun başçılıq etdiyi qalib partiya yeni parlamentdə 200 yerdən 48-ni alaraq 20,8% səs toplayıb. Onu 20,1% səs və 46 mandatla Riika Purranın rəhbərlik etdiyi Finlər Partiyası izləyir. Finlandiyanın baş naziri Sanna Marinin Sosial Demokrat Partiyası 19,9% səs və 43 yerlə üçüncü yerdədir. Seçkidə fəallıq 71,9 faiz təşkil edib.
Nəticələr rəsmi olaraq aprelin 5-də təsdiqlənəcək və yeni parlament aprelin 11-də işə başlayacaq.
Büllur Məmmədova / aktualtv.az










