Taliban bunu da etdi – “Qadınların səsi”ni BELƏ KƏSDİLƏR

Əfqanıstanın şimal-şərqində qadınlar tərəfindən idarə olunan radio Ramazan ayında musiqi yayımladığı üçün bağlanıb.

Bu barədə Taliban məlumat yayıb.

Bədəxşan əyalətinin İnformasiya və Mədəniyyət mərkəzinin direktoru Moezuddin Ahmadi bildirib ki, radio Ramazan ayında mahnı və musiqi yayımlayaraq “İslam Əmirliyinin qanun və qaydalarını bir neçə dəfə pozub” və buna görə də bağlanıb.

“Əgər bu radio İslam Əmirliyinin siyasətini qəbul etsə və belə bir şeyi təkrar etməyəcəyinə söz versə, biz onun fəaliyyətinə icazə verəcəyik” – Ahmadi deyib.

Radionun rəhbəri Nacia Soroş isə heç bir musiqi yayımlamadıqlarını bildirib.

Adı dari dilində “qadınların səsi” mənasını verən “Sadai Banovan” Əfqanıstanda qadınlar tərəfindən idarə olunan yeganə radiodur. Onun altısı qadın olmaqla səkkiz işçisi var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]