Bu tarixdən etibarən ətin qiyməti artacaq – Ekspert

Son vaxtlar paytaxtda və bölgələrdə ətin qiymətində artım baş verib.

Aylar öncə kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manata, kiloqramı 13-14 manata olan quzu ətinin qiyməti isə 17 manata təklif olunur. Ekspertlərin fikrincə, ətin mövcud qiyməti uzun müddət sabit qalacaq. Amma bahalaşan bu qiymətlər fermerlər kimi alıcıları da ciddi narahat etməyə başlayıb.

Aktualtv.Az xəbər verir ki, iqtisadçı-ekspert Akif Nəsirli Bizim.media-ya açıqlamasında bahalaşmaya səbəb olan amillərdən danışıb.

Onun sözlərinə görə, ətin bahalaşmasına ilkin səbəb bazarda ərzaq məhsullarının 50%-ə yaxınının qiymətindəki artımdır:

“Ətin qiymətinə təzyiqləri təsnifləşdirməli olsaq, səbəbi iki yerə bölmək olar. Biri xərc maddələrinin artması, yəni heyvan yemlərinin, otun, eləcə də heyvan bəslənməsi ilə bağlı xərclərin qarşılanmasıdır. Artıq qışın sonudur və otun, yemin tükənən vaxtıdır. Heyvanların bəslənmə xərci artdığına görə, bu, ətin maya dəyərinə təsir edir. Digər səbəb ümumi bazar qiymətlərinin bahalaşması ilə əlaqədardır. Bilirsiz ki, bazarda 50 faizdən çox məhsulun qiyməti bahalaşıb. Bu baş veribsə, digər 50 faizinin də qiymətlərinin artırılması qaçılmazdır”.

Ekspert bu ilin payızına qədər ətin qiymətinin sabit qalacağını vurğulayıb:

“Artıq aprel ayıdır və ot mövsümü başlayır. Otun birinci biçimi 15-20 gündən sonra başlayacaq və qiyməti bir qədər sabitləşəcək. Bunun ardınca yay mövsümü başlayır və istixanalarda, eləcə də açıq sahədə yetişdirilmiş kənd təsərrüfatı məhsulları bazara çıxacaq. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu ilin payızına qədər ətin qiyməti indiki formada sabit qalacaq. Bir məsələ istisnadır ki, ilin yay aylarında bazarlarda sıçrayışlı qiymət artımı olsa, bu, ətin qiymətinə də təsir edəcək. Ola bilsin ki, ətin qiyməti əlavə olaraq 1 manat da bahalaşsın”, – deyə Akif Nəsirli əlavə edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]