Gənclər təşkilatı forum keçirdi

Aktualtv.az Elitinfo.az-a istinadən \ Azərbaycan Respublikası Gənclər Fondunun və “Gənclərin Həmrəyliyi”ictimai birliyinin birgə təşkilatçılığı ilə 27 mart 2023-cü ildə Qazax şəhəri Heydər Əliyev Mərkəzində 80 gəncin iştirakı ilə “Müasir Sahibkarlıqda Gənclərin Rolu”adlı bir günlük forum baş tutmuşdur .

Layihənin məqsədi region gənclərinə yeni əmək bazarının tələblərinə uyğunlaşmaqda dəstək olmaq,özünəməşğulluq proqramında aktivliyini təmin etməkdir.

Region gənclərinə müasir sahibkarlığın fərqli istiqamətləri haqqında geniş məlumat vermək və qloballaşan dünyada sosial sahibkar olmağın faydalarını çatdırmaqdır.

Forumda əldə etdikləri bilgilərdən bir başa 80 gənc,dolayısı ilə 250-dən çox gənc faydalanacaqdır.Forumda peşə təhsili,mövcud imkanlardan faydalı istifadə,sahibkar moderatorun uğur hekayəsi gənclərə stimul verəcəkdir.Təşkilat gələcək layihələrində sahibkarlığa maraq göstərən digər bölgələrdədə forum keçirməyi planlaşdırır.

Fotolar

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]