İranda 338 iş yeri bağlanıb – SƏBƏB HİCABDIR – Özəl

İranın Mazəndəran əyalətində 338 iş yeri məcburi hicab qaydalarına riayət etməyən müştərilərə xidmət göstərdiyi üçün bağlanıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Mazandaran əyalətinin Sənaye, Mədən və Ticarət Palatasının sədr müavini Müseyib Musəvi məlumat verib. O, bununla yanaşı son bir ay ərzində oxşar məsələlər üzündən 2 mindən çox irili-xırdalı iş yerinə də xəbərdarlıq edildiyini bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları səngiyəndən sonra sərt şəriət qaydalarının tətbiqi və vətəndaşların şəxsi həyat tərzlərinə qarşı müdaxilələr artıb. Son bir neçə həftə ərzində İranın müxtəlif bölgələrində yüzlərlə iş yeri və ticarət mərkəzi məcburi hicab qaydalarına riayət edilmədiyi və musiqi səsləndirildiyi üçün bağlanıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]