Baş verənlər münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsi riskləri yaradır.
Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib. O bildirib ki, NATO anti-Rusiya kursunu gücləndirir, Ukraynaya hərbi yardımı artırır, döyüş hazırlığını artırmaq üçün tədbirlər həyata keçirir. Lakin Şoyqu olanların xüsusi əməliyyatın nəticələrinə təsir etməyəcəyini vurğulayıb.
Müdafiə naziri Rusiyanın Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verdiyini də deyib. Onun sözlərinə görə, bu kompleks adi və nüvə raketlərindən istifadə edə bilər. Şoyqu, Rusiya poliqonunda Belarus ekipajlarına İttifaq dövlətini qorumaq üçün komplekslərdən istifadə qaydası üzrə təlimlər başladığı barədə məlumat da verib.










