NATO-nun 31-ci üzvü bu gün təsdiq olunur – Özəl

Finlandiyanın NATO-ya qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçiriləcək və həmin gün alyansın xarici işlər nazirlərinin planlaşdırılan ikigünlük iclası açılacaq.

Aktualtv.az xəbər verir ki, ilk olaraq alyansın bütün ölkələrinin xarici işlər nazirləri Finlandiyanın qəbul protokollarının ratifikasiya olunmuş əsillərini ABŞ-nin dövlət katibi Entoni Blinkenə təhvil verəcəklər, daha sonra mənzil-qərargahın qarşısındakı 31-ci bayraq dirəyində Finlandiya bayrağı qaldırılacaq, təntənəli çıxışlar ediləcək.

Qeyd etmək lazımdır ki, Finlandiyanın NATO-ya üzvlüyü hərbi blokun yaxın keçmişində ən mühüm hadisələrdən biridir.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]