‘‘Polşa Ukraynaya bir neçə ‘‘MiQ-29’’ qırıcısı göndәrib’’ – Özəl

Polşa prezidenti Andjey Dudanın beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaç Ukraynaya göndəriləcək Sovet istehsalı “MIQ-29” tipli döyüş təyyarələrinin bir hissəsinin bu ölkəyə təhvil verildiyini deyib.

Aktualtv.az xəbər verir ki, Marçin Pşidaç bu barədə Polşanın RMF FM radiosuna verdiyi müsahibədə bildirib. O, Ukraynaya neçə ədəd “MIQ-29” tipli döyüş təyyarəsinin göndərildiyi ilə bağlı məlumat verməyib. “Ukrayna prezidenti Volodimir Zelenskinin aprelin 5-də Polşaya səfəri zamanı Ukraynaya daha çox dəstək verilməsi mövzusunda müzakirələr aparılacaq”,-deyə Marçin Pşidaç bildirib.

Polşa prezidenti Andjey Duda martın 16-da bildirib ki, yaxın günlərdə” Ukraynaya 4 Sovet istehsalı ”MiQ-29” qırıcısı göndərməyi planlaşdırırlar. Polşanın baş naziri Mateuş Moravetski də martın 14-də Sovet istehsalı ”MiQ-29” qırıcılarını 4-6 həftə ərzində Ukraynaya göndərə biləcəklərini bildirib.

Ukrayna lideri digər NATO üzvlərini də Kiyevə təyyarə göndərməyə çağırır. Ukrayna havadan müdafiəsini gücləndirmək üçün Qərb ölkələrindən döyüş təyyarələri tələb edir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]