‘‘Rәsmi Pekinlә Cәnubi Çin mәsәlәsini müzakirә etmәyә hazırıq’’ – Baş nazir – Özəl

Malayziyanın Baş naziri Ənvər İbrahim rəsmi Pekinlə Cənubi Çin dənizi məsələsini müzakirə etməyə hazır olduqlarını bildirib.

Aktualtv.az xəbər verir ki, mətbuat konfransında çıxış edən Ənvər İbrahim Malayziyanın ”Petronas” enerji şirkətinin Cənubi Çin dənizində ən böyük neft kəşfiyyat platformasına sahib olduğunu söyləyib. Ənvər İbrahim Çinə etdiyi rəsmi səfər zamanı bu mövzunun dövlət başçısı Si Cinpinlə keçirdikləri görüşdə gündəmə gəldiyini deyib. “Cənubi Çin dənizi məsələsini Pekin rəhbərliyi ilə müzakirə etməyə hazırıq”,-deyə Ənvər İbrahim qeyd edib.

Çin suverenlik mübahisələrinin yaşandığı Cənubi Çin dənizinin 80 %-i üzərində hüquq tələb edir.

Qeyd edək ki,Filippin, Vyetnam, Bruney və Malayziya kimi sahilyanı qonşu ölkələr də bölgə üzərində hüquq tələb edirlər.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]