“Rusiya Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir” – Özəl

Rusiyanın taktiki nüvə başlıqlarını Belarusa yerləşdirmək qərarı Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir.

Aktualtv.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuata açıqlamasında deyib. Aİ-nin ali nümayəndəsi bildirib ki, Rusiya təcavüzkar siyasət yürüdür, təhdidlər edir və sülh danışıqları üçün heç bir addım atmır. O deyib ki, Rusiyanın nüvə başlıqlarını Belarusa daşıması Avropa üçün təhdiddir.

Borrel çıxışında Çinə də çağırış edib və bildirib ki, rəsmi Pekin təcavüzkarın tərəfində dayana, ona dəstək verə bilməz.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]