“Washington Post” qəzeti Rusiyanın ilhaq edilmiş Krımda müdafiə strukturları qurmaq üzrə fəal səyləri ilə bağlı araşdırma dərc edib.
Aktualtv.az xəbər verir ki, nəşr peyk fotolarına əsaslanaraq göstərir ki, cəmi bir neçə həftə ərzində Rusiya rəhbərliyi Krımda səngərlər və maneələr şəbəkəsi qurmağa nail olub. Məqalədə Krım müharibə zonasında “ən möhkəmləndirilmiş” ərazilərdən biri adlandırılır. Krımın materikə keçidin yaxınlığında yerləşən Medvedevka kəndinin fotoşəkillərindən görünür ki, Sivaş gölünün kənarından uzunluğu bəzi hallarda 900 metrdən çox olan bütöv xəndəklər şəbəkəsi görünür. Həmçinin orada üç sıra “əjdaha dişləri” var. Bu, piramidal formaya malik beton tank əleyhinə maneələrdir.
Nəşrin yazdığına görə, Rusiya Ukraynanın yaz əks-hücumunu gözlədiyi son həftələrdə belə müdafiə strukturları xüsusilə sürətlə peyda olmağa başlayıb.
Büllur Məmmədova / aktualtv.az










