Əməliyyat növbəsi – 800 min insan növbədə – Özəl

İspaniyada 800 minə yaxın insan əməliyyat üçün növbə gözləyir.

Aktualtv.az xəbər verir ki, ölkədə əməliyyat üçün ortalama gözləmə müddəti 122 gündür. 2021-ci ilin dekabrında 121, 2022-ci ilin iyununda isə 113 gün olub. Mövcud vəziyyətdə xəstələrin yüzdə 22-i əməliyyat üçün ən az 6 ay gözləyib. Ən çox gözlənilən əməliyyatların plastik cərrahiyyə və neyrocərrahiyyə olduğu, sıxlığın daha çox Kataloniya, Əndəlüs, Madrid və Valensiyada müşahidə edildiyi bildirilib.

Statistikaya görə, ölkədə hər min nəfərə düşən 85 xəstənin 56 faizi həkimə müraciət etmək üçün 60 gündən çox qəbul gözləyir. İspaniyanın 17 özünüidarəetmə hökumətinin bir çoxunda tez-tez tətil edən və ya nümayiş keçirən tibb işçiləri kadr çatışmazlığından, gərgin iş saatlarından şikayətlənir, həmçinin maaşların artırılması tələbi ilə çıxış edir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]