Moldova və Rumıniya Silahlı Qüvvələrinin artilleriya bölmələri birgə hərbi təlimlər keçirir.
Aktualtv.az xəbər verir ki, Moldova Müdafiə Nazirliyinin məlumatına görə, “Atəş Qalxanı – 2023” adlı artilleriya təlimləri Rumıniyanın Smirdan poliqonunda keçirilir. Qeyd edək ki, Moldova və Rumıniya Silahlı Qüvvələri 2015-ci ildən bu yana hər il “Atəş Qalxanı” adlı birgə təlimlər keçirir. Bu ilki təlimlərdə “Böyük Stefan” motoatıcı briqadasının zabit, çavuş və əsgərlərdən ibarət bölməsi iştirak edir.
Xatırladaq ki, Moldovada həmçinin Moldova xüsusi təyinatlılarının Rumıniya, ABŞ və Böyük Britaniya hərbçiləri ilə birgə hərbi təlimləri də davam edir. 27 martda başlamış həmin təlimlər aprelin 27-dək davam edəcək.
Murad Həsənov / aktualtv.az










