NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Hind-Sakit Okean regionun təhlükəsizliyi və Çinin təsirini müzakirə etmək üçün Brüsseldə yenidən dəyirmi masa ətrafına toplaşır.
Aktualtv.az xəbər verir ki, görüşdən öncə vurğulanıb ki, Çinin Rusiyanın Ukraynada təcavüzünə dəstək verməsi onları dərindən narahat edir. Görüş çərçivəsində Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya XİN rəhbərləri ilə görüşən NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Çinlə yaxın əlaqəsinə toxunub.
Bu faktın da NATO və Hind-Sakit Okean regionu ölkələri arasında yaxın əməkdaşlığı və həmrəyliyi vacib etdiyini vurğulayıb. Alyansın yeni üzvü Finlandiyanın xarici işlər naziri Pekko Haavisto da Stoltenberqin fikirlərini dəstəkləyib.
Murad Həsənov / aktualtv.az










