Rusiya ilə bağlanmış müqavilə ləğv edildi – Özəl

Polşanın ən böyük neft emalı şirkəti “Orlen” Rusiya Federasiyasının “Tatneft” şirkəti ilə neft tədarükünə dair son müqavilədən imtina edib.

Aktualtv.az xəbər verir ki, bu barədə şirkət rəhbəri Daniel Obaitek “Polsat” telekanalının efirində bildirib. “Müqavilənin şərtlərində belə bir bənd var idi ki, neft müəyyən müddət ərzində tədarük olunmazsa, o zaman bizim müqaviləni ləğv etmək hüququmuz var”, – deyən Obaitek bu səbəbdən şirkətin heç bir əlavə itkiyə məruz qalmayacağını vurğulayıb.

Qeyd edək ki, “Orlen” fevralın 25-də Rusiya neftinin Drujba vasitəsilə Polşaya nəqlinin dayandırıldığını bildirib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]