“Türkiyənin Ermənistanla əlaqələri Ermənistan-Azərbaycan münasibətlərinə bağlıdır” – Özəl

ATƏT-in Minsk Qrupunun 30 illik fəaliyyətsizliyi erməniləri daha da təhrik edib.

Aktualtv.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar erməni hadisələri ilə bağlı seminardakı çıxışında deyib. Onun sözlərinə görə, Türkiyənin Ermənistanla əlaqələrinin bir hissəsi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır.

“Ermənistan 30 il əvvəl Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Nəticədə bir milyona yaxın insan qaçqın düşüb. Həmçinin Xocalı faciəsini də hələ unutmamışıq. Beynəlxalq ictimaiyyət bu illər ərzində Azərbaycanın səsini eşitməyib, Minsk Qrupunun fəaliyyətsizliyi isə erməniləri daha da təhrik edib. Azərbaycan da sonda Vətən müharibəsinə başlamağa məcbur oldu”-deyə, Akar vurğulayıb.

Nazir Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını vurğulayıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]