Yeni prezident Avropa İttifaqına üzv olmağa çalışacaq – Özəl

Xarici siyasətdə prioritetinin Monteneqronun Avropa İttifaqına üzvlüyünün sürətləndirilməsi olduğunu deyən yeni seçilən prezident Yakov Milatoviç qarşıdakı 5 ildə bunun reallaşacağına əminliyini bildirib.

Aktualtv.az xəbər verir ki, o, seçkidəki qələbəsinin Avropa dəyərlərinin qələbəsi olduğunu, Monteneqro ilə Serbiya arasındakı münasibətlərin yaxşılaşdırılması üçün çalışacağını qeyd edib.

Xatırladaq ki, Monteneqroda aprelin 2-də keçirilən seçkinin ikinci turunda sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının rəhbəri 37 yaşlı Yakov Milatoviç seçicilərin 60 faizinin səsini toplayaraq ölkənin səkkizinci prezidenti olub.

Hazırkı Prezident Milo Cukanoviçin səlahiyyət müddəti isə mayın 19-da başa çatır.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]