Ərdoğan İsrailə qarşı – “Fələstin xalqı tək deyil” – Özəl

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Qüdsdəki Məscidül-Əqsaya basqını kəskin şəkildə pisləyib.

Aktualtv.az “Anadolu Agentliyi” nə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ankarada təqaüdçülərlə iftar yeməyindən sonra çıxış edib. O vurğulayıb ki, Məscidül-Əqsaya uzanmaq və Hərəmi-Şərifin müqəddəsliyini tapdalamaq bizim qırmızı xəttimizdir. İsrailin “zülm siyasətini” izlədiyini deyən Ərdoğan Fələstin xalqının tək olmadığını da əlavə edib.

Xatırladaq ki, İsrail polisi Əl-Əqsa məscidi kompleksinin içində 350-yə yaxın ibadətçini saxlayıb. Yəhudi mühacirlər məscidə basqın etməyə çağırdıqdan sonra bir qrup fələstinli Əl-Əqsa məscidi kompleksindəki Namaz zalında barrikada qurub. Onlar polisin qapılarını bağlayaraq içəri girməsinə mane olmağa çalışıblar. İsrail polisi isə məscidin damına çıxıb, pəncərələri sındırıb və içəridəki dindarlara qarşı səs bombalarından istifadə edib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]