Lavrov və Çavuşoğlu bu gün Qarabağ məsələsini müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə aprel ayının 6-7-də Türkiyədə işgüzar səfərdə olacaq.

Aktualtv.az xəbər verir ki, Türkiyə tərəfi ilə təmaslarda digər məsələlərlə yanaşı, Qarabağdakı vəziyyətin nizamlanması da müzakirə ediləcək.

Səfər çərçivəsində Ermənistan və Türkiyə arasında münasibətlərin bərpası da daxil olmaqla, Zaqafqaziyada əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin ətraflı şəkildə işlənməsi planlaşdırılır. “3+3” formatında ikinci görüşün mümkünlüyünün də müzakirə olunacağı gözlənilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]