Böyük Britaniya kəşfiyyatı Ukraynadakı uğursuz əməliyyatlara görə Rusiya ordusunda yeni istefaların olacağını proqnozlaşdırır.
Aktualtv.az xəbər verir ki, məlumatda Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin sabiq komandanı general-polkovnik Rüstəm Muradovun da cəbhədəki uğursuzluqlara görə vəzifəsindən azad etdiyi güman edilir.
Britaniya kəşfiyyatı Rusiyanın hələ də Donetsk bölgəsində öz məqsədlərinə nail ola bilməyəcəyi üçün belə halların daha çox olacağını iddia edir.
Səbinə Kərimova / aktualtv.az