Sülh olmayacaq – Rusiyanın yeganə yolu müharibədir – Özəl

“Ukraynada müharibənin sülh yolu ilə həlli perspektivi yoxdur. Rusiyanın yeganə yolu döyüşləri davam etdirməkdir”.

Aktualtv.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. O, həmçinin Çinin vasitəçilik potensialının mövcud olduğunu, lakin Ukrayna məsələsində vəziyyətin hələ də mürəkkəb olaraq qaldığını söyləyib.

Peskov bildirib ki, NATO Rusiya sərhədlərinə doğru genişlənir:

“Biz qitədə təhlükəsizlik arxitekturasının balanslaşdırılması üçün tədbirlər görürük. Rusiya Alyansa yaxınlaşmır, əksinə, NATO bizə doğru genişlənir”.

Kremlin mətbuat katibi vurğulayıb ki, Moskva Serbiya və NATO üzvlərinin həyata keçirəcəkləri təlimləri çox diqqətlə izləyəcək.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]