ABŞ və NATO-nun Ukraynanın hücum hazırlığına dair planları sosial şəbəkədə yayılıb.
Aktualtv.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə Ağ evdən anonim mənbə bildirib. Məxfi sənədlər martın 1-nə aid olsa da, indi çoxdan dəyişdirilib. Çünki tərəflər gələcək hücumun tarixini və yerini qeyd etmir. Ancaq onlarda Ukraynanın hücuma hazırlaşmağı planlaşdırdığı neçə briqada və nə qədər texnika alacağı barədə məlumat var.
New York Times yazıb ki, sənədlərin dəyişikliyə məruz qala biləcəyini slaydlardan birində Rusiyanın itkilərinin 17 min, Ukraynanın isə 71,5 min olması dəlalət edir. Belə ki, orada Rusiya itkilərinin qiymətləndirməsi düz deyil. Pentaqon və digər analitiklər Rusiyanın itkisinin 200 min olduğunu hesablayıb.
Etibar Məmmədov / aktualtv.az










