İrana məxsus gəmi müsadirə edildi – Özəl

Yəmən hökuməti İrana məxsus 3 ton narkotik daşıyan gəminin müsadirə edildiyini bildirib.

Aktualtv.az xəbər verir ki, Yəmənin informasiya naziri Müəmmər əl-İryani verdiyi yazılı açıqlamada sahil mühafizə qüvvələrinin ölkənin şərqindəki Mahra əyaləti sahillərində İran gəmisini müsadirə etdiyini açıqlayıb. Gəmidə 3173 kiloqram narkotik maddənin ələ keçirildiyini bildirən İryani, 7 İran vətəndaşından ibarət ekipajın saxlanıldığını bildirib. İnformasiya naziri İryani BMT Təhlükəsizlik Şurasından “İranın bölgəni silahlı milislər və narkotik daşımaları ilə doldurmaq səylərini” pisləməyi istəyib. İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]