İsrail ehtiyatda olan hərbçiləri orduya çağırdı

Livandan və Qəzza zolağından raket zərbələrinin endirilməsi fonunda İsrailin Baş Qərargah rəisi Herzi Halevi vəziyyəti qiymətləndirmək üçün təhlükəsizlik orqanları ilə görüş keçirib.

Halevi toplantıdan sonra ehtiyatda olan bir sıra əsgərlərin xidmətə çağırılması barədə göstəriş verib.

Məlumata görə, ehtiyatda olan döyüş təyyarələrinin pilotları, pilotsuz uçuş aparatları operatorları və hava hücumundan müdafiə sistemi mütəxəssisləri hərbi xidmətə çağırılacaq.

İsrailin müdafiə naziri Yoav Gallant ölkənin Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak), Xarici Kəşfiyyat Təşkilatı Mosssad və ordu komandanlığı ilə görüşdükdən sonra təhlükəsizlik tədbirlərinin artırılması barədə göstəriş verib.

Qeyd edək ki, aprelin 6-da Livan və Qəzza zolağından İsrail ərazisi atəşə tutulub. Aprelin 7-nə keçən gecə İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə də zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkənin “düşmənləri ağır bədəl ödəyəcək”.

Ümumilikdə Livandan İsrail ərazisinə 34 raket atılıb. Raketlərdən 25-nin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, 5-nin İsrail ərazisinə düşdüyü bildirilib. İsrail hücumun HƏMAS qruplaşması tərəfindən həyata keçirildiyini açıqlayıb. Buna cavab olaraq İsrail ordusu Livan və Qəzzaya cavab zərbələri endirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]