“Taliban”dan növbəti radikal qərar – Özəl

“Taliban” qadınların BMT-nin missiyasında işləməsini qadağan edib.

Aktualtv.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov de-fakto hakimiyyətin qərarını pisləyib və bunun BMT missiyasının fəaliyyətinə birbaşa təsir edəcəyini bildirib. Təşkilatın azərbaycanlı rəsmisinin sözlərinə görə, Əfqanistandakı böhran əsasən ən həssas qrup olan qadınlar ətrafında cəmlənib: “Son 18 ayda baş verənləri hamı gördü, çünki “Taliban” faktiki olaraq qadınları hədəf alıb”.

Ramiz Ələkbərov həmçinin onu da bəyan edib ki, BMT-nin qurumları qadın işçilər olmadan humanitar yardım göstərə bilməz: “Hazırda əfqan qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində səylə çalışılır. Ümid edilir ki, yaxın gələcəkdə nəticə əldə olunacaq”.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]