Ukrayna Krımın statusu ilə bağlı danışıqlarda əsas şərtlərini açıqladı – Özəl

“Danışıqlara başlamaq üçün Ukrayna Silahlı Qüvvələri yarımadanın sərhədlərinə çatmalıdırlar. Bununla belə Krımın hərbi yolla azad edilməsi variantı da istisna edilmir”.

Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbər müavini Andrey Sibiqa “Financial Times” qəzetinə şərhində bildirib.
“Əgər biz döyüş meydanında strateji məqsədlərimizə nail ola bilsək və Krımla inzibati sərhədə çata bilsək, bu məsələnin müzakirəsi üçün diplomatik səhifə açmağa hazırıq”, – deyə Sibiqa qeyd edib.

Jurnalistlərin fikrincə, Sibiqanın sözləri Ukraynanın Rusiya ilə müharibədə qələbəsinə şübhə edən və nüvə eskalasiyasından qorxan Qərb rəsmilərinin inamının artmasına kömək edə bilər. Sibiqa, həmçinin söhbətin konkret olaraq Krım yarımadasından getdiyini də qeyd edib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]