Ukrayna NATO-ya nə vaxt qəbul olunacaq? – Özəl

Ukraynanın NATO-ya üzvlüyü barədə təklifi Polşa və Baltikyanı ölkələri irəli sürüb.

Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı “TASS” agentliyi yayıb. Bildirilir ki, Macarıstan, Almaniya və Birləşmiş Ştatlar isə Ukraynanın ən qısa zamanda NATO-ya daxil olması üçün yol xəritəsinin hazırlanması təklifinə qarşı çıxırlar. Alyansın 31 üzvü razıdır ki, Ukraynanın NATO-ya daxil olması qısamüddətli məsələ deyil və ciddi müzakirələr yalnız ölkə ərazisində mövcud münaqişə bitdikdən sonra başlaya bilər.

Eyni zamanda, Şərqi Avropanın bir sıra dövlətləri NATO ilə Ukrayna arasında əlaqələrin gücləndirilməsini təklif edirlər. Onların fikrincə, alyans Kiyevin gələcək NATO üzvlüyünə dəstək üçün daha konkret bəyanatlarla çıxış etməli və üzvlük üçün siyasi yol təklif etməlidir. Onların mövqeyi NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammiti ərəfəsində bütün NATO üzvləri arasında dialoqu çətinləşdirəcək və burada birgə bəyanatla çıxış edəcəklər.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]