AzTV əməkdaşları İran səfirliyinin qarşısında hücuma məruz qaldılar – VİDEO

AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıblar.

QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən e-huquq.az-a verilən məlumata görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib.

Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb.

Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən “persona non-qrata” elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]