İcra başçısının baş həkim olan qardaşı işdən azad edildi – YENİ TƏYİNAT

“Şabran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Aslan Usubov TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə vəzifəsindən azad olunub. Onu bu vəzifədə Səxavət Cəbrayılov əvəz edib.

Aktualtv.az bizim.media-ya istinadən xəbər verir ki, Aslan Usubov faktı təsdiqləyib.

O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib.

Aslan Usubov TƏBİB sədrinin digər əmri ilə Bakıdakı 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına direktor təyin olunduğunu deyib.

Qeyd edək ki, Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]