Çin Tayvanın müdafiəsi zonasına girdi – 70 təyyarə, 11 gəmi – Özəl

Tayvan bu gün səhər adaya bitişik ərazidə Çin Xalq Azadlıq Ordusunun 70 təyyarəsi və 11 gəmisini qeydə alıb.

Aktualtv.az xəbər verir ki, bu barədə adanın müdafiə qurumu özünün tviter səhifəsində bildirib. Qurumun məlumatına görə, 35 uçuş aparatı Tayvan boğazında median xətti adlanan ərazini keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasında peyda olublar. Onların arasında qırıcılar, radioelektron mübarizə təyyarəsi, radiolokasiya kəşfiyyatı təyyarəsi, kəşfiyyat və zərbə dronu, həmçinin uzaq radiolokasiya aşkarlama və idarə təyyarəsi olub.

Tayvan ordusu patrul təyyarələrini qaldıraraq, eyni zamanda radio xəbərdarlıqları göndərərək və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]