Erməni deputata cinayət işi açılır – Özəl

Ermənistanın Baş prokuroru Anna Vardapetyan müxalifətçi deputat Mher Saakyana qarşı cinayət işinin başlanması üçün parlamentin spikeri Alen Simonyana vəsatət göndərib.

Aktualtv.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Müraciətə səbəb müxalifətçi deputatın hakim partiyadan olan həmkarını parlamentdə vurması hadisəsi olub.

Xatırladaq ki, martın 31-də Ermənistanın “Hayastan” fraksiyasının deputatı Mher Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və buna səbəb kimi parlamentin iclasına az qalmış Saakyan və “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vladimir Vardanyan arasında dava göstərilib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]