Minatəmizləmə problemi – Ukrayna istehsala başlayır – Özəl

Ukrayna minatəmizləmə avadanlıqları istehsal edəcək.

Aktualtv.az xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin teleqramda yazıb. “Strateji Sənaye Nazirliyi humanitar minatəmizləmə üçün maşın və avadanlıqların yerli istehsalının işə salınmasına cavabdehdir”, – Kamışin bildirib. O, minatəmizləmə probleminin Ukrayna üçün bir müddət aktual qalacağını da vurğulayıb.

Bundan əvvəl Kamışin deyib ki, Ukrayna və Polşa birgə 125 mm-lik tank mərmiləri istehsal edəcək. Onun sözlərinə görə, Strateji Sənaye Nazirliyi Ukrayna ordusu üçün sursat istehsalının artırılmasına diqqət yetirəcək. Həmçinin Ukrayna NATO ölkələrindən biri ilə birlikdə 122 mm-lik artilleriya mərmiləri istehsal etməyə başlayıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]